Hansı ərazidəki evlər bahalaşır?
Son 5 ildə Azərbaycanda mənzil qiymətləri 46 faiz artıb.
Mərkəzi Bankın “Maliyyə Sabitliyi Hesabatı”nda qeyd olunur ki, pandemiya dövründə qiymətlər sabit qalsa da, sonrakı illərdə artım müşahidə olunub. Bu vəziyyət ev almaq istəyən bir çox insan üçün çətinlik yaradıb.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin Sədri Vüqar Oruc bildirib ki, 100 min manata əsasən Yeni Yasamal, Hövsan və Masazırda orta və ya zəif təmirli 1-2 otaqlı mənzillər təklif olunur, lakin bu mənzillərə tələb azdır.
Elan saytlarında isə ən çox Masazır, Binə, eləcə də bəzi hallarda İnşaatçılar və Memar Əcəmi ətrafında bu qiymətə uyğun mənzillərə rast gəlinir.




