37001:2025: Təşkilatlarda korrupsiyaya qarşı effektiv idarəetmə sisteminin qurulması

Müasir biznes mühitində təşkilatların dayanıqlı fəaliyyəti yalnız maliyyə göstəriciləri və əməliyyat səmərəliliyi ilə deyil, həm də idarəetmədə şəffaflıq, etik davranış və hüquqi tələblərə riayət olunması ilə müəyyən edilir. Bu baxımdan korrupsiya risklərinin vaxtında müəyyən edilməsi və onların qarşısının alınması şirkətlərin korporativ idarəetmə sistemində mühüm yer tutur.

37001:2025 – Korrupsiyaya qarşı idarəetmə sistemi standartı təşkilatlarda rüşvətxorluq və korrupsiya hallarının qarşısının alınması, aşkar edilməsi və onlara qarşı müvafiq tədbirlərin görülməsi üçün sistemli idarəetmə çərçivəsi təqdim edir. Standart təşkilatın fəaliyyət xüsusiyyətlərindən və ölçüsündən asılı olmayaraq, korrupsiya risklərinin idarə edilməsinə yönəlmiş nəzarət və uyğunluq mexanizmlərinin formalaşdırılmasını nəzərdə tutur.

ISO 37001:2025  hansı imkanları yaradır?

Standartın tətbiqi təşkilatda ayrı-ayrı nəzarət tədbirlərinin görülməsi ilə məhdudlaşmır. Burada əsas məqsəd korrupsiyaya qarşı mübarizəni gündəlik idarəetmə proseslərinin tərkib hissəsinə çevirməkdir. Bunun üçün təşkilatın fəaliyyət sahələri üzrə risklər qiymətləndirilir, məsuliyyət bölgüsü aparılır, daxili nəzarət prosedurları müəyyən edilir və əməkdaşların etik davranış prinsiplərinə uyğun fəaliyyəti təşviq olunur.

37001:2025 çərçivəsində aşağıdakı istiqamətlər xüsusi əhəmiyyət daşıyır:

  • Korrupsiya və rüşvətxorluq risklərinin müəyyən edilməsi və qiymətləndirilməsi;
  • Daxili nəzarət və monitorinq mexanizmlərinin yaradılması;
  • İşgüzar tərəfdaşların və vasitəçilərin müvafiq yoxlanılması;
  • Əməkdaşlar üçün etik davranış və maarifləndirmə tədbirlərinin təşkili;
  • Müraciət və məlumatvermə mexanizmlərinin formalaşdırılması;
  • Uyğunsuzluqların araşdırılması və qabaqlayıcı tədbirlərin görülməsi.

Təşkilatlar üçün praktiki əhəmiyyəti

37001:2025 standartının tətbiqi şirkətlərə korrupsiya risklərini daha sistemli idarə etməyə, qərarların qəbulunda şəffaflığı artırmağa və daxili nəzarət mexanizmlərini təkmilləşdirməyə imkan verir. Eyni zamanda, bu yanaşma hüquqi və reputasiya risklərinin azaldılmasına, tərəfdaşlar və müştərilər qarşısında etimadın gücləndirilməsinə xidmət edir.

Beynəlxalq əməkdaşlıq və satınalma proseslərində şəffaflıq tələblərinin artdığı bir şəraitdə korrupsiyaya qarşı idarəetmə sisteminin mövcudluğu təşkilatın institusional etibarlılığını nümayiş etdirən mühüm amillərdən biridir.

Vecon Consulting – korporativ idarəetmədə etibarlılıq və şəffaflıq yanaşması

Vecon Consulting 37001:2025 standartı üzrə maarifləndirmə və təlim istiqamətində təşkilatlara korrupsiya risklərinin idarə edilməsi, daxili nəzarət mexanizmlərinin qurulması və uyğunluq prosedurlarının tətbiqi ilə bağlı bilik və bacarıqların formalaşdırılmasını hədəfləyir.

Təlim proqramı iştirakçıların standartın əsas tələblərini mənimsəməsinə, risklərin qiymətləndirilməsi prinsiplərini öyrənməsinə və bu bilikləri təşkilatın gündəlik idarəetmə proseslərində tətbiq etməsinə yönəlib.

Şəffaf idarəetmə yalnız hüquqi öhdəlik deyil, həm də uzunmüddətli biznes etibarının və dayanıqlı inkişafın əsas şərtlərindən biridir.

Bənzər nəticələr

Daha çox