Beynəlxalq idarəetmə standartları
“Vecon Consulting” olaraq biz, fəaliyyətimizi Azərbaycan Respublikasının qanunvericiliyi ilə yanaşı, dünya miqyasında qəbul edilmiş ən nüfuzlu qiymətləndirmə və idarəetmə standartları üzərində qururuq. Müştərilərimizə təqdim etdiyimiz hər bir hesabat və konsaltinq xidməti qlobal şəffaflıq və peşəkarlıq zəmanəti daşıyır.
I. Beynəlxalq Qiymətləndirmə Standartları
Qiymətləndirmə hesabatlarımızın bütün yerli və xarici maliyyə institutları, banklar və investorlar tərəfindən birmənalı qəbul edilməsi üçün aşağıdakı standartları rəhbər tuturuq:
-
IVS (International Valuation Standards): Beynəlxalq Qiymətləndirmə Standartları Şurasının (IVSC) müəyyən etdiyi qlobal standartlar. Biznesin, daşınar və daşınmaz əmlakın, maliyyə alətlərinin qlobal metodologiya ilə qiymətləndirilməsini təmin edir.
-
TEGOVA / EVS (European Valuation Standards): Avropa Qiymətləndirmə Standartları (“Mavi Kitab”). Xüsusilə Avropa iqtisadi məkanında və bank sektorunda daşınmaz əmlakın qiymətləndirilməsi üzrə ən yüksək tələbləri əks etdirir.
“Vecon Consulting” — Sizin biznesinizin beynəlxalq zirvəyə gedən yolu!






