Haqqımızda
“VECON CONSULTING” MMC qiymətləndirmə şirkəti 02 avqust 2010-cu il tarixində qeydiyyatdan keçmişdir. Şirkətin əməkdaşları tərəfindən Bakı şəhərində və Azərbaycan Respublikasının rayonlarında minlərlə daşınmaz əmlak obyekti, avadanlıq, texnika və nəqliyyat vasitələri, habelə, hava və su nəqliyyat nümunələri beynəlxalq standartlara tam uyğun şəkildə qiymətləndirilmişdir.
Şirkətin sahibi Azərbaycan və beynəlxalq qiymətləndiricilər institutları tərəfindən sertifikatlaşdırılmış, iqtisadçı-ekspert Vüqar Orucdur. Vüqar Oruc qiymətləndirmə şirkətinin təsisçisi, direktoru, 2017-2022-ci il tarixlərində Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müavini, 2022-ci il may ayından Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, 2023-cü ildən Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının vitse-prezidenti, 2024-cü ilin mayından isə prezidentidir. Digər mütəxəssislər də European Certification İnstitute, СОО Евразии və Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti tərəfindən əmlakın müxtəlif növləri üzrə sertifikatlaşmadan keçmişdir.
İki nüfuzlu qurum (SMM və DAİM) 2018-ci ilin yekunlarına görə Vüqar Orucu “ilin qiymətləndiricisi” və “ilin əmlak eksperti” nominasiyaları üzrə mükafata layiq görüb. 2019-cu ilin nəticələrinə görə isə şirkət “İlin qiymətləndirmə şirkəti” seçilmişdir. Şirkətə 2019-cu ilin “Xəzər” milli mükafatı təqdim olunub, 2021-ci ildə isə ilin yekunlarına görə “Qızıl Buta” mükafatına layiq görülüb, Vüqar Oruc isə ilin iqtisadçı eksperti nominasiyasının qalibi olub. AQC sədri Vüqar Oruc Türk Dövlətləri Qiymətləndiricilərinin IV Konqresində mükafatla təltif olunub.
Şirkətin direktoru tanınmış iqtisadçı-ekspert, AQC sədrinin müşaviri Asif İbrahimovdur.
Azərbaycan, Türkiyə və Gürcüstanda bir çox müəssisə və təşkilatda beynəlxalq idarəetmə standartlarının tətbiqi üzrə 200-dən çox yerli və beynəlxalq layihədə aparıcı məsləhətçi kimi fəaliyyət göstərib.
Hazırda regionun aparıcı konsaltinq şirkətlərindən biri olan “Bureau De Qualite” Azərbaycanın direktorudur.
ISO 9001:2015 Keyfiyyət İdarəetmə Sistemi üzrə beynəlxalq idarəetmə standartlarını MDB ölkələrində ilk dəfə tətbiq edib.
Azərbaycanda Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi, Bakı Bus MMC, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC (ASCO) və digər dövlət qurumlarında beynəlxalq idarəetmə sistemlərinin tətbiqini həyata keçirib.
Bu illər ərzində ISO 9001:2015 Keyfiyyət İdarəetmə Sistemi, ISO 14001:2015 Ətraf mühitin idarəedilməsi sistemi, ISO 45001:2018 Peşə təhlükəsizliyi və əməyin mühafizəsi üzrə idarəetmə sistemi, ISO 37001 Korrupsiyaya qarşı idarəetmə sistemi, ISO 10002:2018 Müştəri məmnuniyyəti və şikayətlərin idarəedilməsi sistemi, Global G.A.P. qabaqcıl kənd təsərrüfatı praktikası və digər beynəlxalq idarəetmə sistemlərinin tətbiqi sahəsində ixtisaslaşıb.
Bununla yanaşı, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının İqtisadiyyat və idarəetmə kafedrasının müəllimi, həmçinin ASAN İnnovativ İnkişaf Mərkəzinin təlimçisidir.
Qiymətləndirmə prosesində önəmli məsələlərdən biri də sözügedən xidmətin keyfiyyətli şəkildə Sifarişçiyə təqdim edilməsidir. “VECON CONSULTING” Qiymətləndirmə şirkəti etibarlı və risksiz partnyorluq proqramı çərçivəsində peşə məsuliyyətinin sığortasını təmin etmiş, 2019-2023 illər üzrə hər il “ATƏŞGAH” Sığorta Şirkəti ASC ilə bağlanan müqaviləyə əsasən qiymətləndirmə fəaliyyətinin nəticələri sığortalanmışdır. 2024-cü ildən etibarən Mega Sığorta ASC ilə bağlanan müqaviləyə əsasən qiymətləndirmə fəaliyyətinin nəticələri 1 500 000 AZN dəyərində sığortalanmışdır.








