Bakıda torpaq sahələrinin qiymətində kəskin artım müşahidə olunub



facebook sharing button
twitter sharing button
whatsapp sharing button
telegram sharing button
sharethis sharing button

Bu ilin iyun ayında Bakının bütün rayonlarında torpaq sahələrinin orta qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə artıb. Bu barədə açıqlamasında "Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" İctimai Birliyinin sədri Vüqar Oruc məlumat verib.

Vüqar Orucun sözlərinə görə, ən yüksək qiymət artımı və ümumi bahalaşma Səbail rayonunda qeydə alınıb. Burada bir sot torpağın orta qiyməti 422 780 manata yüksəlib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 28% artım deməkdir.

Torpaq bazarında yüksək qiymətlər Nərimanov və Nəsimi rayonlarında da müşahidə olunub. Nərimanov rayonunda orta qiymət 296 591 manat təşkil edib ki, bu da illik 13% artım deməkdir. Nəsimi rayonunda isə bir sot torpağın qiyməti 292 385 manata çatıb – burada da qiymətlər ötən illə müqayisədə 20% yüksəlib.

Qeyd edək ki, ümumilikdə Bakı şəhərinin digər rayonlarında da torpaq sahələrinin qiymətləri artmaqda davam edir. Bu tendensiya paytaxtda torpaq bazarının aktivliyinin və tələbin yüksəldiyini göstərir.