Vüqar Oruc: “Təmirli evlər indi təmirsizlərdən daha ucuz başa gəlir”



facebook sharing button
twitter sharing button
whatsapp sharing button
telegram sharing button
sharethis sharing button

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı Vüqar Oruc bildirib ki, hazırda təmirli mənzillər “mayak” vəziyyətində, yəni təmirsiz satılan mənzillərlə müqayisədə daha əlverişli seçim hesab olunur. Onun sözlərinə görə, yeni tikililər yalnız nağdsız ödənişlərlə və artan tikinti xərcləri fonunda inşa edildiyi üçün bu mənzillərin bazara təklif qiymətləri kifayət qədər yüksəkdir.

“Yeni tikililər, mövcud normativ qaydalara uyğun şəkildə, yalnız nağdsız ödənişlərlə, torpaqların, işçi qüvvəsinin bahalaşdığı, inşaat materiallarının qiymətinin artımı durumunda tikilir və bu tikinti çox baha başa gəlir. Ona görə də yeni tikilən binaların bazara təklif qiymətləri də yüksək olur,” – deyə Vüqar Oruc bildirib.

O əlavə edib ki, həmin ərazilərdə yerləşən və təmirli vəziyyətdə satılan mənzillər isə daha sərfəli qiymətlərlə bazara çıxarılır:
“Bu cür mənzilləri alan şəxslər təmir xərclərindən və əlavə vaxt itkisinə görə yaranan çətinliklərdən azad olurlar. Bu baxımdan mənzilləri hal-hazırda təmirli almaq daha məqsədəuyğundur.”

Ekspert onu da qeyd edib ki, bazarda qəribə görünsə də, bəzi hallarda təmirli evlər təmirsizlərdən daha ucuz başa gəlir:
“Çünki, inşaat materialları da, işçi qüvvələri də bahadır. Buna görə də təmirli evlər bazara təmirsizlərdən daha ucuz təklif olunur.”