Bakıda bu ərazilərdə torpaq sahələrinin qiyməti 50 faiz artacaq



facebook sharing button
twitter sharing button
whatsapp sharing button
telegram sharing button
sharethis sharing button

“Ümumiyyətlə, Azərbaycanda elə ərazi olmayacaq ki, torpağın satış qiymətləri aşağı düşsün. Bütün ərazilərdə qiymətlər artacaq. Bakı şəhərinin baş planında 2040-cı  ilə uyğun olaraq yeni infrastruktur dəyişiklikləri baş verəcək alt mərkəzlər nəzərdə tutulub”.

Bu sözləri açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı Vüqar Oruc deyib.

“Yəni, şəhərin mərkəzi və mərkəzə yaxın yerlərdə deyil, ucqarlara doğru getdikcə qiymətlər artacaq.

Ələt və Hövsan ərazisində torpaq qiymətlərinin 50% bahalaşacağı gözlənilir. Nərimanov rayonu ərazisində sürətli tikintilər aparıldığı üçün torpaq tapmaq çətinləşib. Bu da qiymətlərin 20-25% artacağını deməyə imkan verir”.