Enerji və kommunal xərclərdə yeni tariflər



facebook sharing button
twitter sharing button
whatsapp sharing button
telegram sharing button
sharethis sharing button

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc açıqlamasında bildirib ki, ölkədə tətbiq edilən sabit tarif mexanizmləri kommunal xidmətlərin keyfiyyətinin artırılması və vətəndaşların bu xidmətlərdən daha çox məmnun olması üçün həyata keçirilir.

Onun sözlərinə görə, aylıq sabit tarifin 1 manat səviyyəsində müəyyən edilməsi ümumi kommunal tarifin təqribən 4 faiz artımı deməkdir və bu, vətəndaşlara ağır yük yaratmır. Eyni zamanda, boş və əlavə mənzillər üçün də abonent haqlarının tətbiq olunmasının dövlət büdcəsinə müsbət təsiri olacaq.

“Dünya üzrə enerji daşıyıcılarının qiymətində artımlar müşahidə olunur və bu artımların kompensasiyası dövlət üçün vacibdir. Azərbaycanın işğal altında olmuş ərazilərinin bərpası və müharibə nəticələrinin aradan qaldırılması kimi prioritet istiqamətlərdə xərclər artdığı üçün kommunal xidmətlər sahəsində islahatlar qaçılmazdır,” – deyə Vüqar Oruc vurğulayıb.

O əlavə edib ki, vətəndaşlar enerji daşıyıcılarının və kommunal xidmətlərin sərfiyyatını daha qənaətlə idarə etməklə ödənişlərin artmasının qarşısını ala bilərlər.