Azərbaycanın tikinti materialları bazarında vəziyyət...



facebook sharing button
twitter sharing button
whatsapp sharing button
telegram sharing button
sharethis sharing button

Azərbaycanın tikinti materialları bazarında vəziyyət: Qiymətlərdə azalma var - CƏDVƏL

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc:

"Bu ilin oktyabr ayında Azərbaycanda tikinti materiallarının qiyməti ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,4 %, ilin əvvəli ilə müqayisədə isə 3,9 % ucuzlaşıb. Bu il ölkədə inşaat materialları bazarında qiymətlər 2021 - 2022 - ci illərə nisbətən aşağı olub".

Oruc qeyd edib ki, bahalaşma anına qədər olan qiymətlərə geri dönüş olmasa da, ucuzlaşma bütün əsas materiallar üzrə hiss edilib:

"Məsələn, taxta materialları ötən ilin oktyabr ayına nisbətən 17,1 - 17,5 % ucuzlaşıb. İl ərzində isə bu göstərici 11,3 % təşkil edib. Bir neçə gün əvvəl taxta bazarında ("Dərnəgül" taxta bazarının ərazisində) yanğın olmasına baxmayaraq, bu hadisə qiymətlərə təsir göstərməyib. Pərakəndə və topdansatış bazarında qiymətlərin ucuzlaşma tendensiyası bazar iştirakçılarının və təklif olunan material kütləsinin artımı ilə əlaqələndirmək olar.

Əvvəlki illərə nisbətən qonşu ölkələrdən inşaat materiallarının gətirilməsinə hər hansı maneənin olmaması, eyni vaxtda məhdudiyyət dövründə yerli istehsalın material qıtlığını kompensasiya etməsi məqsədilə böyüməsi, istehsal gücünün artması yuxarıda qeyd olunan ucuzlaşmanın əsas səbəblərindəndir. Eyni zamanda bazara müraciət edənlərin də azaldığı hiss olunur. Bu, əsasən mövsümi xarakter daşıyır və müvəqqəti hal hesab olunur".

V.Orucun sözlərinə görə armaturun qiyməti ötən ilin oktyabr ayına nisbətən 1,2 % azalsa da, bu ilin əvvəli ilə müqayisədə 2,4 % artıb:

"Dikt qiymətlərində ciddi ucuzlaşma diqqəti cəlb edir. Belə ki, ötən ilin oktyabr ayına nisbətən 32,1 - 38,2 % ucuzlaşma baş versə də, ilin əvvəli ilə müqayisədə bu rəqəm 13,6 - 13,7 % arasındadır. Dam örtüklərinin 3,4 - 10 % aralığında ölçülərə görə ucuzlaşıb, ilin əvvəlindən isə bu rəqəmlərdə növünə görə həm artım, həm ucuzlaşma (1,2 - 4,3 %) görünür".

AQC - nin sədri bildirib ki, yerli istehsalda rəqabət olan məhsulların qiyməti stabil qalır:

"Sement, alçipan, qum, qazobeton qiymətlərini misal göstərmək olar. Metal list, profil və uqolnikin qiymətləri illik müqayisədə ucuzlaşsa da (5,6 - 6,2 %), yanvar ayından başlayaraq yenidən onların bahalaşdığını görürük (3 - 10,9 %). Əsas tikinti materiallarından olan şüşənin qiyməti də stabildir".

V.Oruc hesab edir ki, işğaldan azad olunan ərazilərin yenidən bərpası geniş həcmli tikinti işlərinin aparılmasını zəruri edir:

"Düşünürəm ki, 2024 - cü ildə bu amil tikinti materialların qiymətinə ciddi təsir göstərəcək. Əgər dünyada hər hansı isqtisadi - maliyyə böhranı, fors - major hal olmazsa, bu proqnoz özünü tam doğruldacaq".

Aşağıdakı cədvəldə ayrı - ayrı tikinti materialları üzrə qiymət dəyişmələrini təqdim edirik:

Təsnifat

Ölçü vahidi

2023 - cü ilin oktyabr ayına olan qiymət (AZN)

2022 - ci ilin oktyabr ayına olan qiymət (AZN)

Faiz nisbəti

Taxta4.5 - 5

1Kub

315

380

-17.1%

Taxta 2.5 - 5

1kub

330

400

-17.5%

Şüşə 4ml

1kv

14

14

0%

Şüşə 6ml

1kv

22

21

4.8%

Dam 0.40

1kv

8.5

8.8

-3.4%

Dam 0.42

1kv

9

10

-10.0%

Dam 0.45

1kv

9.5

10.5

-9.5%

Armatur sex

1t

850

860

-1.2%

List

1t

1700

1800

-5.6%

profil

1t

1220

1300

-6.2%

uqolnik

1t

1180

1180

0%

Sement 300

kisə

6.8

6.8

0%

Sement 400

kisə

7.3

7.3

0%

Sement 500

kisə

7.2

7.2

0%

Qum

15t

220

220

0%

Alçipan

1ədəd

9.5

9.5

0%

Qazobeton

1kub

120

120

0%

Daş mişar

1ədəd

0.37

0.33

12.1%

15 dikt

1ədəd

19

28

-32.1%

17 dikt

1ədəd

21

34

-38.2%

18 dikt

1ədəd

22.5

36

-37.5%