Dünya üzrə top 10 elit mənzillərin reytinqi-MƏNZİLLƏR ƏN ÇOX...



facebook sharing button
twitter sharing button
whatsapp sharing button
telegram sharing button
sharethis sharing button

Dünya üzrə top 10 elit mənzillərin reytinqi-MƏNZİLLƏR ƏN ÇOX BU ŞƏHƏRDƏ UCUZLAŞIB.

Rusiya -Ukrayna arasındakı müharibə nəticəsində rublun dəyərdən düşməsi  Rusiyaya qarşı tətbiq edilən irimiqyaslı iqtisadi sanksiyalar Moskvada daşınmaz əmlakın ucuzlaşmasına səbəb olub. Ucuzlaşma tendensiyası elit mənzillərin dəyərdən də müşahidə edilir. Belə ki, "VECON CONSULTING” qiymətləndirmə şirkəti dünyada elit mənzillər bazarında müharibədən sonra müşahidə edilən qiymət dəyişikliyi ilə bağlı statistikanı yayımlayıb.Şirkətin təqdim etdiyi qiymət göstəricilərinə görə dünyanın ən dəbdəbəli mənzillərinin yerləşdiyi Böyük Britaniyanın paytaxtı London şəhərində Rusiya və Ukrayna arasındakı müharibədən əvvəl elit mənzillərin 1 kv metrinin yuvarlaqlaşdırılmış orta dəyəri 94min 500 avro təşkil edib ki, bu da müharibədən əvvəl təklif edilən qiymətlə müqaisədə 0.80% çoxdur .  "VECON CONSULTING” -in təqdim etdiyi statistik göstəriclərə əsasən London şəhəri müharibədən sonra müşahidə edilən bahalaşmaya görə, şəhərlərin reytinqində 6 sırada yer alıb.Sözügedən reytinqdə Rusiya Ukraya müharibəsi ilə bağlı ən çox dəyərdən düşən Rusiyanın paytaxtı Moskva şəhərində yerləşən elit mənzillərdir. Belə ki, Mokvadakı elit mənzillərin 1 kv metrinin yuvarlaqlaşdırılmış orta dəyəri 8,25% ucuzlaşaraq 36 min 700.0 avro təşkil edib. Qeyd edək ki,   "VECON CONSULTING” -in təqdim etdiyi göstəricilərə əsasən müharibədən əvvəl Moskvada elit mənzillərin 1 kv metrinin yuvarlaqlaşdırılmış orta dəyəri 40.000,0 avro təşkil edib. 

"Fins.az" "VECON CONSULTING” -in tərtib etdiyi dünya şəhərlərində elit mənzillərin Rusiya və Ukrayna arasındakı müharibədən sonra müşahidə edilən qiymət dəyişikliyi ilə bağlı cədvəli təqdim edir.