Vüqar Oruc: Kirayəşinlərin tapılması və evlərin kirayə...



facebook sharing button
twitter sharing button
whatsapp sharing button
telegram sharing button
sharethis sharing button

Vüqar Oruc: Kirayəşinlərin tapılması və evlərin kirayə verilməsi çox çətin prosedura çevrilib.

Sentyabırın 8 - dən etibarən rayonlardan Bakıya gəlmək mümkün olduğundan təhsil və ya iş üçün paytaxta üz tutanların sayı artacaq. Bu səbəbdən də kirayə mənzil bazarında canlanma yaranması gözlənilir. fins.az Bakı və Abşeronun kirayə mənzil bazarının vəziyyəti və qiymətinə görə ən münasib evlər harda olduğunu araşdırıb.

Bu barədə  açıqlama verən "VECON CONSULTING" şirkətinin direktoru, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müavini Vüqar Oruc bildirib ki, Unversitetlərin açılması ilə bağlı hər il kirayə mənzil bazarında tələbat artır və qiymətlər yüksəlirdi. Hazırda pademiya ilə əlaqədar bazarda həm gözlənti yoxdur. Unversitetlərdə əsasən distant formada təhsil həyata keçiriləcəyinə görə kirayə mənzilə əsas tələbi yardan tələbələrin mənzil təminatı üçün hazırlıq görülmür. Daşınmaz əmlak bazaraında bu seqmentdə hər hansı qiymət artımından söhbət gedə bilməz. Kirayə bazarında qiymət enişi müşahidə edilir. Kirayəşinlərin tapılması və evlərin kirayə verilməsi çox çətin prosedura çevrilib.

O, Bakı və Abşeron ərazisində ucuz kirayə mənzillərin hansı ərazilərdə olmasına toxunaraq qeyd edib ki, Zabrat, Yeni Günəşli, Köhnə Günəşli, Hövsan, 8 - ci mikrorayon ərazilərində, xüaisilə Zığ yolu, Kombinat adlanan ərazilərdə qiymətlər çox aşağıdır. Mən deyərdim ki, əvvəlki illərə nisbətən qiymətlər enib. Bəzi elan saytlarında daşınmaz əmlak və kirayə elanlarının sayı artıb. Bu da ən - ənəvi olaraq təhsil ilinin başlanması ilə əlaqədar olaraq mənzil sahiblərinin gözləntilərindən irəli gəlir.

Vüqar Oruc Bakının daşınmaz əmlak bazarındakı ümumi vəziyyət barədə də məlumat verərək vurğulayıb ki, qeyd etdiyim kimi təhsil distant olduğu üçün yalnız unversitetə yeni qəbul olunan az saylı tələbə kontingentinə ünvanlı mənzil bazarından söhbət gedir. Bu da əvvəlki illərlə müqaisədə çox kiçik tələbə kontingenti əhatə edəcək. Bazarın potensialı böyükdür və hər il bu bazara iddia edənlərin sayı ilə bu ilki sayı müqaisə etsək əhəmiyyətli azalmanı müşahidə edə bilərik. Gözləntilərimiz daşınmaz əmlakın kirayəsi sahəsində qiymətlərin ucuzlaşması ilə bağlıdır.