VECON CONSULTING şirkəti yeni layihəyə start verib...



facebook sharing button
twitter sharing button
whatsapp sharing button
telegram sharing button
sharethis sharing button

"VECON CONSULTING" şirkəti yeni layihəyə start verib.

"VECON CONSULTING" şirkəti yeni layihəyə start verib. tia.az - ın məlumatına görə, "VECON CONSULTING" şirkətinin təcrübəli mütəxəssisləri tərəfindən təşkil ediləcək kurslar kollektivin qarşılıqlı təcrübə mübadiləsini təmin etmək və peşəkarlıq səviyyəsini yüksəltmək məqsədi daşıyır. Layihə barədə açıqlama verən "VECON CONSULTİNG" şirkətinin direktoru Vüqar Oruc bildirib ki, əsas məqsəd əməkdaşların lokal ixtisaslaşma çərçivəsini universallaşdırmaq, birgə fəaliyyəti optimallaşdırmaqdır. "Məsələn, Microsoft Excell hesablama cədvəllərinin tərtibatı, obyektlərə baxışın prosedur qaydaları, qiymətləndirmə işinin təşkili və nəticənin hesabat formasına salınması müxtəlif, amma bir - biri ilə əlaqəli sahələr - istiqamətlər olsa da, əvvələr sahələrə cavabdeh mütəxəssislər tərəfindən həyata keçirildisə də, indi bu kursların sonunda hər bir kollektiv üzvü bu işləri bacaracaq. Son nəticədə, qiymətləndirmə fəaliyyətinin daha da operativləşməsi və optimallaşdırılması baş verəcək və bizim də əsas məqsədimiz budur" - deyə Vüqar Oruc bildirib.

Onu da qeyd edək ki, "VECON CONSULTING" Qiymətləndirmə şirkəti tanınmış JSC "International Valuation Centre" Qiymətləndirmə şirkətinin partnyorudur. Şirkət Maliyyə Bazarlarına Nəzarət Palatasının, Aqrar Kredit və İnkişaf Agentliyinin müvəkkil təşkilatıdır. 2019 - cu ildən Azərbaycan Respublikası Kredit Zəmanəti və İpoteka Fondunun müvəkkil qiymətləndirmə şirkətləri siyahısına daxil edilib. "VECON CONSULTING" Qiymətləndirmə şirkəti etibarlı və risksiz partnyorluq proqramı çərçivəsində peşə məsuliyyətinin sığortasını gerçəkləşdirib. 1 illik müddət üçün "ATƏŞGAH" Sığorta Şirkəti ASC ilə bağlanan müqaviləyə əsasən qiymətləndirmə fəaliyyəti nəticələri sığortalanıb.