Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti imtahan keçirib...



facebook sharing button
twitter sharing button
whatsapp sharing button
telegram sharing button
sharethis sharing button

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti imtahan keçirib.

Bu gün Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti "Qeyri yaşayış təyinatlı daşınmaz əmlakın qiymətləndirilməsi üzrə" sertifikatlaşma məqsədi ilə təşkil etdiyi kursun nəticəsi olaraq imtahan keçirib.

İmtahanı müəllimlər heyəti - AQC sədri Nüsret İbrahimov, AQC sədrinin müavinləri Zamin Hüseynov və Vüqar Oruc qəbul etmiş 20 kurs iştirakçısı iki mərhələ üzrə özlərini sınamışdır. Nəticələr yoxlanıldıqdan sonra sertifikata layiq görülən kurs iştirakçılarının adı açıqlanacaq. AQC sədrinin müavini, "VECON CONSULTING" Qiymətləndirmə Şirkətinin direktoru Vüqar Oruc imtahan nəticələrinə münasibət bildirərək deyib ki, sonuncu kursda iştirak edənlərin öz fəallığı ilə seçildiklərini, tələbələrin qiymətləndirici ixtisasına daha böyük maraq göstərdiyini və AQC kurslarının getdikcə təkmilləşdiyini memnunluqla vurğulamaq olar.

Vüqar Oruc 2019 - cu ildə daşınar və daşınmaz əmlakın digər təyinatları üzrə növbəti kursların keçiriləcəyini də bildirib.