Vüqar Oruc: Formula 1 Azərbaycan Qran - Prisi yarışlarının...



facebook sharing button
twitter sharing button
whatsapp sharing button
telegram sharing button
sharethis sharing button

Vüqar Oruc "Formula 1 Azərbaycan Qran - Prisi" yarışlarının bir sıra sektorlarda canlanma yaradacağını bildirib.

Aprelin 26 - 28 - ndə Bakıda "Formula 1 Azərbaycan Qran - Prisi" 2019 yarışı keçiriləcək.

Bəs görəsən bu nüfuzlu idman tədbiri ölkədə, o cümlədən Bakı şəhərində daşınmaz əmlak bazarına hansı təsiri göstərəcək?

"VECON CONSULTING" Qiymətləndirmə şirkətinin direktoru, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müavini Vüqar Oruc, Sosium.az - a açıqlamasında "Formula 1 Azərbaycan Qran - Prisi" yarışlarının bir sıra sektorlarda canlanma yaradacağını bildirib:

"Ölkədə beynəlxalq yarışların keçirilməsi adətən ilk növbədə turist axınının güclənməsinə səbəb olur. Azərbaycana gələn turistlərin əsasən Bakı şəhərində və ölkəmizin turizm guşələrində daşınmaz əmlaka sahib olmaq istəyi və bu istəyin gerçəkləşməsi nəticəsində daşınmaz əmlak bazarında canlanma baş verə bilər. Təsadüfi deyil ki, ötən yarışların ərəfəsində də eyni prosesi müşahidə etmişdik".

Vüqar Oruc əlavə olaraq bildirib ki, beynəlxalq idman yarışları ərəfəsindəki canlanmanın nəticəsi olaraq turistlər tərəfindən alınan daşınmaz əmlakların sayı barədə statistik məlumatlar olmasa da, belə faktlar mövcuddur.

Yarışların keçirildiyi aprelin sonu, mayın əvvəli daşınmaz əmlak bazarında qiymətlərin bahalaşacağını, bazarda canlanmanın baş verəcəyini vurğulayan ekspert bu prosesin ölkə iqtisadiyyatına da müsbət təsir göstərəcəyini qeyd edib.

Sonda Vüqar Oruc əlavə edib ki, daşınmaz əmlak bazarında qiymətlərin artması müvəqqəti xarakter daşıyacaq və ekspertin ilin sonuna qiymətlərin ucuzlaşması verilən proqnoz qüvvəsində qalır.