Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinə yeni sədr seçilib...



facebook sharing button
twitter sharing button
whatsapp sharing button
telegram sharing button
sharethis sharing button

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) hesabat-seçki yığıncağı keçirilib. “Excelsior Hotel”də baş tutan konfransda AQC sədri Nüsrət İbrahimovun hesabat məruzəsi dinlənilib.

Daha sonra Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, İdarə Heyəti və Nəzarət Təftiş Komissiyasının yeni tərkibi müəyyənləşib. Sədrlik uğrunda iki namizəd mübaribə aparıb. Vüqar Oruc 57 konfrans nümayəndəsindən 34-nün, Nüsrət İbrahimov isə 23-nün səsini qazanıb. Beləlkilə, Vüqar Oruc Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri seçilib.Ramil Osmanlı, Fərid Rüstəmov, Elnur Əsədov, Nahid Həsənov, Pərviz Qulami, Zamin Hüseynov, Vüqar Oruc, Nüsrət İbrahimov və Xaliq Qurbanov AQC İdarə Heyətinin üzvləri, Vasif Məmmədli, Tural Bağırov və Cabir Əzizov Nəzarət Təftiş Komissiyasının üzvləri seçiliblər.

Xatırladaq ki, Vüqar Oruc 2011-ci ildən qiymətləndirmə sahəsində çalışır. Ölkəmizin aparıcı qiymətləndirmə şirkətlərindən olan “Vecon Consultıng” şirkətinin təsisçisi və direktorudur. Son konfransa qədər Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müavini və qurumun İdarə Heyətinin üzvü olub.