VEСON Consulting qiymətləndirmənin 9 istiqamətinin hamısı üzrə peşəkar səriştəsini təsdiqləyib
VEСON Consulting şirkəti qiymətləndirmə fəaliyyətinin bütün 9 ixtisas istiqaməti üzrə peşəkar hazırlığını və mütəxəssis potensialını növbəti dəfə təsdiqləyib.
Şirkətin mütəxəssisləri 22 noyabr 2026-cı il tarixində keçirilən ixtisas imtahanlarında iştirak edərək təbii sərvətlərin qiymətləndirilməsi istiqaməti üzrə də uğurlu nəticə əldə ediblər. Bununla da VEСON Consulting qiymətləndirmənin qanunvericilikdə nəzərdə tutulan 9 istiqamətinin hər biri üzrə uğurlu imtahan nəticəsinə nail olub.
Bu istiqamətlərə daşınar əmlak, daşınmaz əmlak və torpaq sahələri, mədəni irs və mədəni sərvətlər, müəssisələr, qeyri-maddi əmlak nemətləri, kreditor və debitor borcları, digər öhdəliklər, material ehtiyatları və digər aktivlər, təbii sərvətlər, dəymiş zərər, əldən çıxmış mənfəət və risklər, eləcə də xidmətlərin qiymətləndirilməsi daxildir.
Bütün istiqamətlər üzrə ixtisaslaşmanın təsdiqlənməsi şirkətin qiymətləndirmə xidmətlərinin əhatə dairəsini və peşəkar fəaliyyət imkanlarını daha da genişləndirir. Bu nəticə VEСON Consulting-in müxtəlif kateqoriyalı aktivlərin qiymətləndirilməsi sahəsində kompleks yanaşma və peşəkar xidmət göstərmək imkanlarının mühüm göstəricisidir.
VEСON Consulting bundan sonra da qiymətləndirmə sahəsində peşəkar standartlara, obyektivliyə və etibarlı xidmət prinsiplərinə əsaslanaraq fəaliyyətini davam etdirəcək.





