Paytaxtda ev almaq istəyənlərin nəzərinə: Mənzillərin qiyməti neçədən başlayır?

Son 5 il ərzində Azərbaycanda mənzillərin qiyməti 46 faiz artıb. Mərkəzi Bankın “Maliyyə Sabitliyi hesabatı”nda yer alan məlumata görə, 2020-ci ildə pandemiya ilə əlaqədar olaraq daşınmaz əmlak bazarında qiymətlərdə nisbətən sabitlik müşahidə olunsa da, sonrakı illərdə artım meyilləri qeydə alınıb. Nəticədə illərdir pul yığıb ev almağa çalışanların ümidləri getdikcə azalır.

Maraqlıdır, hazırda 100 min manata haradan ev almaq olar?

“Hazırda bu qiymətə Yeni Yasamal, Hövsan, Masazır və oxşar ərazilərdə 1 və ya 2 otaqlı, əsasən orta və ya ortadan aşağı təmirli mənzillər təklif olunur. Bu mənzillərin alıcı bazası isə nisbətən məhduddur”, – deyə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib.

Elan saytlarına nəzər saldıqda isə qiyməti 100 min manatadək olan daşınmaz əmlaklara daha çox Masazır, Binə qəsəbələrində rast gəlmək olur. Bununla belə, İnşaatçılar, Memar Əcəmi kimi ərazilərdə də qiyməti 100 min manatdan aşağı olan mənzil təklifləri ilə qarşılaşmaq mümkündür.

Bənzər nəticələr

Daha çox