Köhnə evlər əvəzinə yeni tikililərə üstünlük verin



facebook sharing button
twitter sharing button
whatsapp sharing button
telegram sharing button
sharethis sharing button

AQC sədri Vüqar Oruc vətəndaşlara yeni tikililərdən mənzil almağı tövsiyə edib. Onun sözlərinə görə, 50 ilə yaxındır istismarda olan “Leninqrad” və “Kiyev” layihəli binalarda yaşamaq risklidir.

“1950-60-cı illərdə tikilmiş bir, iki, üç və dörd mərtəbəli evlər istismar müddətini başa vurub və söküləcək”, – deyə o bildirib.

Sədr “Xruşşovka”, “Minsk”, “Fransız” və “Alman” layihəli binaların da mərhələli şəkildə söküləcəyini, yalnız “Daşkənd” layihələrinin saxlanılacağını vurğulayıb.

Vüqar Oruc həmçinin bəzi yeni tikililərdə keyfiyyət problemləri olduğunu qeyd edib və vətəndaşlara mənzil seçərkən mütəxəssis rəylərinə əsaslanmağı tövsiyə edib.