Kirayə müqaviləsi olmadan risk böyüyür



facebook sharing button
twitter sharing button
whatsapp sharing button
telegram sharing button
sharethis sharing button

Azərbaycanda bir çox hallarda ev sahibləri ilə kirayədə qalan şəxslər arasında rəsmi kirayə müqaviləsi bağlanmır. Bu isə gələcəkdə hüquqi mübahisələrə tərəflərdən birinin hüquqlarının pozulmasına gətirib çıxara bilər. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı ekspert Vüqar Oruc verdiyi açıqlamada bildirib ki, qanunvericiliyə əsasən, kirayə müqaviləsinin bağlanması mütləqdir.

Ekspertin sözlərinə görə, kirayə müqaviləsi ödəmə mənbəyindən vergi tutulmasını nəzərdə tutur bu verginin dərəcəsi çox hallarda 14 faiz təşkil edir. Məhz bu vergi öhdəliyinə görə bəzi şəxslər rəsmi müqavilədən yayınmağa çalışır, bu isə qiymətin ümumi xərclərin artmasından çəkinmək məqsədi daşıyır.

Bu, çox riskli bir yanaşmadır,” – deyə Vüqar Oruc bildirib. – “Çünki gələcəkdə tərəflər arasında hər hansı problem yarandıqda, müqavilənin olmaması vətəndaşın hüquqlarını müdafiə etmək imkanını əngəlləyir. Ona görə kirayə ilə bağlı bütün şərtlərin müqavilədə yazılı şəkildə təsbit olunması tövsiyə olunur.”

Ekspert qeyd edib ki, beynəlxalq təcrübədə bu yanaşma tətbiq olunur. Kirayə verən şəxslər mütləq müqavilə imzalayır, burada evdəki əşyaların siyahısı, kirayə müddəti, status qiymət şərtləri dəqiq şəkildə göstərilir. Bu isə hüquqi mübahisələrin qarşısının alınmasına tərəflərin hüquqlarının qorunmasına xidmət edir.

Müqavilənin olmaması ilkin mərhələdə müəyyən qənaət effekti yaratsa da, sonradan yaranan hüquqi maliyyə problemləri bu qənaətdən dəfələrlə artıq xərcə səbəb ola bilər,” – deyə Oruc əlavə edib.

Vüqar Orucun fikrincə, kirayə müqaviləsi yalnız rəsmi xarakter daşıdığı halda hüquqi qüvvəyə malik olur. Bunun üçün müqavilə notariusda qeydiyyata alınmalı müvafiq vergi ödənişləri həyata keçirilməlidir. Ekspert bildirib ki, bəzi hallarda makler rieltorların təqdim etdiyi sadə müqavilələr hüquqi cəhətdən əsassız olur yalnız onların göstərdiyi xidmətləri əhatə edir. Bu cür sənədlər tərəflərin hüquqlarını tam şəkildə qorumağa qadir deyil.

Rəsmi müqavilədən yayınmaq, həm kirayəverən, həm rieltor üçün daha ‘məqbul’ görünsə də, nəticədə hüquqi problemlər ciddi maliyyə itkiləri ilə üzləşmək mümkündür,” – deyə iqtisadçı ekspert xəbərdarlıq edib.