Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc açıqlamasında daşınmaz əmlak bazarındakı qiymət artımının səbəblərini izah edib. O bildirib ki, bu artım ölkədə iqtisadi inkişafın və stabilliyin göstəricisidir.
İnflyasiya və ipoteka kreditlərinə tələbin yüksək olması da bazarda qiymətlərin qalxmasına təsir edir. Əhali pullarını banklarda saxlamaq əvəzinə daşınmaz əmlaka yatırmağa üstünlük verir. Nəticədə tələbin artması qiymətləri daha da yüksəldir.
Ekspert qeyd edib ki, 2024-cü ildə qiymətlər orta hesabla 12.2% artıb və bu tendensiyanın il ərzində davam edəcəyi gözlənilir.