Qiymətləndiricilərimiz
“VECON Consulting” MMC peşəkar və sertifikatlı qiymətləndirici heyəti ilə xidmət göstərir. Komandamızın üzvləri European Certification Institute, СОО Евразии və Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti kimi nüfuzlu qurumlar tərəfindən əmlakın müxtəlif növləri üzrə beynəlxalq və yerli sertifikatlara malikdir.
Şirkətin təsisçisi və direktoru, iqtisadçı-ekspert Vüqar Oruc Azərbaycan və beynəlxalq qiymətləndiricilər institutları tərəfindən sertifikatlaşdırılmış, eyni zamanda Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müavini və AQC Ekspertiza Mərkəzinin rəhbəridir. O, “İlin qiymətləndiricisi” və “İlin əmlak eksperti” mükafatlarına layiq görülmüşdür.
Qiymətləndiricilərimiz hər biri öz sahəsində təcrübəli, dürüst və dəqiq yanaşmaları ilə minlərlə uğurlu layihəyə imza atmış peşəkarlardır.
Qiymətləndirici haqqında
Qiymətləndiricilər siyahısına dönAd və soyad | ![]() Vüqar Oruc |
Reyestr nömrəsi | 000104 |
İş Təcrübəsi | 14 il |
Haqqında | “VECON CONSULTING” Qiymətləndirmə şirkətinin təsisçisi, direktoru, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı-ekspert; Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin prezidentidir; qeyri-yaşayış və yaşayış təyinatlı obyektlərin (2012), maşın və avadanlıqların (2013) qiymətləndirilməsi sahəsində European Certification İnstitute, СОО Евразии və Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti tərəfindən sertifikatlaşmış qiymətləndirici; 2018-ci ilin nəticələrinə görə “Sosial Media Mərkəzi” tərəfindən verilmiş “ilin əmlak eksperti” nominasiyası üzrə “Xəzər” Milli Mükafatı; “Dünya Azərbaycanlıları” İctimai Maarif Mərkəzi tərəfindən verilmiş Azərbaycanda qiymətləndirmə sahəsində uğurlu fəaliyyətinə görə “Qızıl Buta” mükafatı laureatı(2019), ilin iqtisadçı eksperti (2021). Daşınmaz əmlakın, o cümlədən torpaq sahələrinin qiymətləndirilməsi (№ 000073) və Müəssisələrin qiymətləndirilməsi (№ 000185) üzrə Azərbaycan Respublikasının Qiymətləndiricinin İxtisas Şəhadətnaməsi. |
Əlaqə | |
İşlədiyi yerlər |
|
Sertifikatlar |
|