VECON CONSULTING ŞİRKƏTİ HAQQINDA MƏLUMAT



facebook sharing button
twitter sharing button
whatsapp sharing button
telegram sharing button
sharethis sharing button

"VECON CONSULTING" MMC qiymətləndirmə şirkəti 02 avqust 2010 - cu il tarixində qeydiyyatdan keçmişdir. Sözügedən şirkətin əməkdaşları tərəfindən Bakı şəhərində və Azərbaycan Respublikasının rayonlarında minlərlə daşınmaz əmlak obyekti, avadanlıq, texnika və nəqliyyat vasitələri, habelə, hava və su nəqliyyat nümunələri beynəlxalq standartlara tam uyğun şəkildə qiymətləndirilmişdir.

Şirkətin sahibi və direktoru Azərbaycan və beynəlxalq qiymətləndiricilər institutları tərəfindən sertifikatlaşdırılmış, iqtisadçı - ekspert Vüqar Orucdur. V.Oruc eyni zamanda Azərbaycan qiymətləndiricilərinin peşəkar birliyi olan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müavini və İdarə Heyətinin üzvü, AQC Ekspertiza Mərkəzinin rəhbəridir. Digər mütəxəssislərimiz də, European Certification İnstitute, СОО Евразии və Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti tərəfindən əmlakın müxtəlif növləri üzrə sertifikatlaşmadan keçmişdir.

İki nüfuzlu qurum (SMM və DAİM) 2018 - ci ilin yekunlarına görə Vüqar Orucu "ilin qiymətləndiricisi" və "ilin əmlak eksperti" nominasiyaları üzrə mükafata layiq görüb. 2019 - cu ilin nəticələrinə görə isə şirkətimiz "İlin qiymətləndirmə şirkəti" seçilmişdir. Şirkətə 2019 - cu ilin "Xəzər" milli mükafatı təqdim olunmuşdur.

Qiymətləndirmə prosesində önəmli məsələlərdən biri də sözügedən xidmətin keyfiyyətli şəkildə Sifarişçiyə təqdim edilməsidir. "VECON CONSULTING" Qiymətləndirmə şirkəti etibarlı və risksiz partnyorluq proqramı çərçivəsində peşə məsuliyyətinin sığortasını təmin etmiş, "ATƏŞGAH" Sığorta Şirkəti ASC ilə bağlanan müqaviləyə əsasən qiymətləndirmə fəaliyyəti nəticələri sığortalanmışdır.

"VECON CONSULTING" qiymətləndirmə şirkətinin bölgələr üzrə nümayəndəlikləri bütün Azərbaycanı əhatə edir. "VECON CONSULTING" qiymətləndirmə şirkəti tanınmış "JSC International Valuation Centre" qiymətləndirmə şirkətinin partnyorudur. Şirkətimiz Maliyyə Bazarlarına Nəzarət Palatasının, Aqrar Kredit və İnkişaf Agentliyinin, eləcə də Azərbaycan Respublikası Kredit Zəmanəti və İpoteka Fondunun müvəkkil təşkilatıdır. "VECON CONSULTING" MMC Azərbaycan Milli Sahibkarlar Konfederasiyasının və Azərbayacan Qiymətləndiricilər Cəmiyyətinin kollektiv üzvüdür.

İradə Şükürova - "VECON CONSULTING" Qiymətləndirmə şirkətinin direktor müavini, əmlakın müxtəlif növləri üzrə sertifikatlaşmadan keçmişdir. European Certification İnstitute, СОО Евразии və Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti tərəfindən "Yaşayış, qeyri - yaşayış təyinatlı daşınmaz əmlak, texnika və avadanlıq, nəqliyyat vasitələri kimi daşınar əmlakın qiymətləndirilməsi üzrə" sertifikatlaşdırılmış mütəxəssisdir və 2013 - 2018 - ci illərdə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinə rəhbərlik edib.

Tural Bağırov - qiymətləndirmə sahəsində 10 il təcrübəsi var, "Torpaq sahələrinin və fərdi yaşayış evlərinin qiymətləndirilməsi üzrə" sertifikatlaşdırılmışdır. Hal - hazırda "VECON CONSULTING" Qiymətləndirmə şirkətinin baş mütəxəssisi və ofis meneceridir.

Kəmalə İsmayılova - qiymətləndirmə sahəsində 10 il təcrübəsi var. "Yaşayış mənzillərinin qiymətləndirilməsi üzrə" sertifikatlaşdırılmışdır. Hal - hazırda "VECON CONSULTING" Qiymətləndirmə şirkətinin aparıcı mütəxəssisidir.

İsmayıl Orucov - "Qeyri - yaşayış təyinatlı daşınmaz əmlakın qiymətləndirməsi sahəsində" sertifikatlaşdırılmışdır. Hal - hazırda "VECON CONSULTING" Qiymətləndirmə şirkətinin qiymətləndirici mütəxəssisidir.

"VECON CONSULTING" qiymətləndirmə şirkətinin bölgələr üzrə nümayəndəlikləri bütün Azərbaycanı əhatə edir:

ŞİMAL - ŞƏRQ BÖLGƏSİ (1) - XAÇMAZ, QUBA, QUSAR (mərkəz - Quba şəhəri);

ŞİMAL - ŞƏRQ BÖLGƏSİ (1) - XIZI, SİYƏZƏN, ŞABRAN (mərkəz - Siyəzən şəhəri);

CƏNUB BÖLGƏSİ - CƏLİLABAD, MASALLI, YARDIMLI, LƏNKƏRAN, ASTARA, LERİK (mərkəz - Masallı şəhəri);

QƏRB BÖLGƏSİ - GORANBOY, GƏNCƏ,GÖYGÖL, SAMUX, DAŞKƏSƏN, ŞƏMKİR, GƏDƏBƏY, TOVUZ, AĞSTAFA, QAZAX (mərkəz - Gəncə şəhəri);

ZAQATALA BÖLGƏSİ - OĞUZ, QAX, ZAQATALA, BALAKƏN;

ŞƏKİ BÖLGƏSİ - ŞƏKİ RAYONU;

ŞİRVAN BÖLGƏSİ - QOBUSTAN, ŞAMAXI, İSMAYILLI, QƏBƏLƏ, AĞSU, GÖYÇAY (mərkəz - İsmayıllı şəhəri);

MƏRKƏZİ ARAN BÖLGƏSİ - HACIQABUL, ŞİRVAN, SAATLI, SABİRABAD, İMİŞLİ, KÜRDƏMİR, ZƏRDAB, UCAR, SALYAN, NEFTÇALA, BİLƏSUVAR (mərkəz - Şirvan şəhəri);

QARABAĞ BÖLGƏSİ - BEYLƏQAN, FÜZULİ, AĞCABƏDİ, AĞDAM (mərkəz - Füzuli şəhəri);

ARAN BÖLGƏSİ - TƏRTƏR, BƏRDƏ, YEVLAX, AĞDAŞ, MİNGƏCEVİR (mərkəz - Mingəçevir şəhəri).

Naxçıvan Muxtar Respublikası - Naxçıvan MR (mərkəz - Naxçıvan şəhəri) formalaşdıran 7 rayonu əhatə edir.