Bakıda kirayə evlərin qiymətlərinin bahalaşması müşahidə...



facebook sharing button
twitter sharing button
whatsapp sharing button
telegram sharing button
sharethis sharing button

Dövlət Statistika Komitəsi (DSK) yanvar - mart ayları üzrə istehlak bazarı qiymətlərini açıqlayıb.

sosium.az xəbər verir ki, DSK - nin məlumatına görə, bu dövrdə bəzi xidmətlərin qiymətində artım, bir sıra xidmətlərdə isə ucuzlaşma baş verib.

Cari ilin mart ayında, fevral ayına nisbətən əhaliyə göstərilən ödənişli xidmətlərdən mənzillərin icarə haqqı, məişət cihazlarının təmiri, hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin, stomatoloji, bərbərxana və kosmetoloji xidmətlərin, istirahət turlarının qiymətləri bahalaşıb.

Dəmir yolu nəqliyyatı ilə MDB ölkələrinə sərnişindaşıma xidmətlərinin, otel və mehmanxanalar tərəfindən göstərilən gecələmə xidmətlərinin qiymətləri isə ucuzlaşıb.

Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.