VECON CONSULTING Qiymətləndirmə şirkətinin rəhbəri...



facebook sharing button
twitter sharing button
whatsapp sharing button
telegram sharing button
sharethis sharing button

"VECON CONSULTING" Qiymətləndirmə şirkətinin rəhbəri Bakıda ən bahalı mənzillər olan - 10 KOMPLEKSİ açıqladı

Bakıda ən bahalı mənzillərin yerləşdiyi binalar məlum olub. "VECON CONSULTING" qiymətləndirmə şirkətindən fed.az - a verilən məlumata görə, bahalı mənzillər paytaxtda yeni tikilmiş və ya tikilməkdə olan yaşayış komplekslərində yerləşir.

Beləliklə, hesablamalara görə, hazırda ən bahalı mənzillər şəhərin mərkəzindəki "Hilton Hotel" də yerləşir. Məlumat üçün bildirək ki, bu tikili otel olsa da, onun bir hissəsi rezidensiya kimi istifadə olunur və yüksək qiymətə təklif edilir. Belə ki, "VECON CONSULTING" - in fed.az - a verdiyi məlumata görə, burada mənzillərin bir kvadratmetrinin qiyməti 6 450 manatdır.

Qiymət yüksəkliyinə görə, ikinci pillədə “Port Baku Residence” dayanır. Vaxtilə “Paşa Konstrakşn” tərəfindən inşa edilmiş kompleksdə satışda olan mənzillərin 1 kvadratmetri 5 700 manatdır.

Bu il evlər ucuzlaşacaqmı? - AÇIQLAMA

Üçüncü yeri "Azərsun Holdinq" in inşa etdiyi "Gumush Residence" tutur - kvadratmetrin qiyməti 5 550 manat.

Qeyd edək ki, qiymətlər hesablanarkən mənzillərin tam təmirli olması variantı götürülüb.

Bakıda ən yüksək qiymətə mənzillər satılan digər binalar aşağıdakılardır:

"Hilton Hotel" Səbail rayonu, Azadlıq pr., 16450,00

"Port Baku Residence" Uzeyir Hacıbəyov, 1515700,00

"Gumush Residence" G.Seyidbəyli küçəsi, 1225550,00

"Clock Tower" Bakıxanov küçəsi, 4800,00

"Şəhər bağları" Nərimanov r., Aşıq Əli küçəsi, 43650,00

"Azinko" (Ferrari) Nəsimi rayonu, Ü.Hacıbəyov küçəsi, 53450,00

"Gülüstan Residence" Bülbül pr., 553330,00

"Azure Residence" Nobel pr., 3250,00

"Roseville" Nərimanov r., K.Kazımzadə küçəsi, 303150,00

"Crown City Residence" Koroğlu Rəhimov küçəsi, 17 - 27 3000,00