Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) tərəfindən qiymətləndiricilərin peşə hazırlığının yüksəldilməsi məqsədilə təşkil edilən kurs yekunlaşıb

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) tərəfindən qiymətləndiricilərin peşə hazırlığının yüksəldilməsi məqsədilə təşkil edilən kurs yekunlaşıb

VECON Qiymətləndirmə şirkətinin rəhbəri, AQC-nin sədr müavini Vüqar Oruc,AQC-nin sədri Nüsrət İbrahimov, AQC-nin İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət İqtisad Universitetinin baş müəllimi İbrahim Quliyev tərəfindən keçirilən imtahana iştirak edən 28 iştirakçıdan 15 nəfəri qatılıb. İmtahan nəticələrinə görə digər iştirakçılardan fərqlənən

Eminov Xaqani (“VECON” MMC);

Əsgərov Orxan (“Paşa Bank” ASC”);

Əliyeva Zərifə (“İnvest-M” MMC);

Sadıqov Hikmət (“Paşa Bank” ASC);

Fərzəliyev Fərzalı (“İnvest-M” MMC);

Mehdiyev Emin (AB Consulting);

Həşimov Nail (Azintellektservis)  “Yaşayış təyinatlı daşınmaz əmlakların qiymətləndirilməsi üzrə” sertifikata layiq görülüblər. AQC sədri Nüsrət İbrahimov  bildirib ki, keçirilən kursların ölkə qiymətləndiricilərin peşə səvviyyəsinin yüksəlməsinə təsiri göz qabağındadır: 

“Hər kurs özündən əvvəlkinə nisbətən öz mükəmməlliyi və peşəkarlıq səviyyəsi ilə fərqlənir. AQC 2019-cu ilin fəaliyyət planları daxilində bundan başqa biznesin, avtomobillərin, zinət əşyalarının qiymətləndirilməsi üzrə də kursların keçirilməsini planlaşdırır. Məqsədimiz qiymətləndirmə bazarında iştirakçı şəxs və təşkilatların peşəkar bilik və təcrübələrini təkmilləşdirmək, professional səviyyəni yüksəltməkdir”.