• Mail ünvanı
    info@vecon.az
  • Ünvan
    BABƏK PLAZA, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Ələddin Quliyev 11/31, “C” girişi, 13/11

“VECON” QİYMƏTLƏNDİRMƏ ŞİRKƏTİ BARƏDƏ İNFORMASİYA

 “VECON” MMC qiymətləndirmə şirkəti 02 avqust 2010-cu il tarixində qeydiyyatdan keçmişdir. Şirkətin mütəxəssisləri qiymətləndirmə şirkətlərində uzun  müddət əsas aparıcı mövqelərdə çalışmışlar.  Sözügedən şirkətin əməkdaşları tərəfindən Bakı şəhərində və Azərbaycan Respublikasının rayonlarında minlərlə daşınmaz əmlak obyekti, avadanlıq, texnika və nəqliyyat vasitələri, habelə, hava və su nəqliyyat nümunələri beynəlxalq standartlara tam uyğun şəkildə qiymətləndirilmişdir. 

Qiymətləndirmə sahəsinin rieltor fəaliyyəti ilə eyniləşdirmənin tam əleyhinə olan mütəxəssislərimiz öz fəaliyyətlərində elmi yanaşmalara önəm verməklə beynəlxalq təcrübənin ortaya qoyduğu sınanılmış dəyərləri prioritet əsaslar kimi qəbul edir.  Peşəkarlıq, elmilik, operativlik, tərəfsizlik, müştəri məmnunluğu, ədalət, analitik yanaşma, qiymətləndirmə prosesini ölkədə və regionda baş verən iqtisadi proseslərin süzgəzində aparılması və risklərin nəzərə alınması “VECON” MMC-nin əsaslandığı fəaliyyət prinsipləridir.

Şirkətimiz Azərbaycan Respublikasının Konstitusiyası, qanunları, Beynəlxalq və milli qiymətləndirmə standartları çərçivəsində fəaliyyət göstərir. Şirkətin sahibi və direktoru Azərbaycan və beynəlxalq qiymətləndiricilər institutları tərəfindən sertifikatlaşdırılmış, çoxillik təcrübəyə malik olan, 7 il müddətində qiymətləndirmə şirkətində baş qiymətləndirici və direktor vəzifəsində çalışmış iqtisadçı ekspert Vüqar Orucdur.

Vüqar Oruc eyni zamanda Azərbaycan qiymətləndiricilərinin peşəkar birliyi olan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müavini və İdarə Heyətinin üzvüdür. Hal-hazırda yaşayış, qeyri-yaşayış təyinatlı daşınmaz əmlak, texnika və avadanlıq, nəqliyyat vasitələri kimi daşınar əmlakın qiymətləndirilməsi üzrə beynəlxalq səviyyəli sertifikatlara malik olan Baş qiymətləndiricimiz AQC Ekspertiza Mərkəzinə də rəhbərlik edir. Təsadüfi deyil ki, iki nüfuzlu qurum (SMM və DAİMM) 2018-ci ilin yekunlarına görə Vüqar Orucu “ilin qiymətləndiricisi”“ilin əmlak eksperti” nominasiyaları üzrə mükafata layiq görüb.

İradə Şükürova - "VECON" Qiymətləndirmə şirkətinin direktor müavini, əmlakın müxtəlif növləri üzrə sertifikatlaşmadan keçmişdir. European Certification İnstitute, СОО Евразии və Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti tərəfindən “Yaşayış, qeyri-yaşayış təyinatlı daşınmaz əmlak, texnika və avadanlıq, nəqliyyat vasitələri kimi daşınar əmlakın qiymətləndirilməsi üzrə” sertifikatlaşdırılmış mütəxəssisdir və 2013- 2018-ci illərdə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinə rəhbərlik edib. 

Tural Bağırov - qiymətləndirmə sahəsində 10 il təcrübəsi var,  “Torpaq sahələrinin və fərdi yaşayış evlərinin qiymətləndirilməsi üzrə” sertifikatlaşdırılmışdır.        Hal- hazırda  "VECON" Qiymətləndirmə şirkətinin baş mütəxəssisi və ofis meneceridir.

Kəmalə İsmayılova - qiymətləndirmə sahəsində 10 il təcrübəsi var.  “Yaşayış mənzillərinin qiymətləndirilməsi üzrə” sertifikatlaşdırılmışdır. Hal- hazırda  "VECON" Qiymətləndirmə şirkətinin aparıcı mütəxəssisidir.

Nigar Kərimova - qiymətləndirmə sahəsində 7 il təcrübəsi var.  Azərbaycan Bank Tədris Mərkəzi və European Certification İnstitute tərəfindən “Yüklülük məqsədləri üçün daşınar əmlakın qiymətləndirilməsi üzrə” sertifikatlaşdırılmışdır  və hal-hazırda "VECON" Qiymətləndirmə şirkətinin  məlumat bazasının idarə edilməsi departamentinin rəhbəridir.

İsmayıl Orucov  -  “Qeyri-yaşayış təyinatlı daşınmaz əmlakın qiymətləndirməsi sahəsində” sertifikatlaşdırılmışdır. Hal-hazırda "VECON" Qiymətləndirmə şirkətinin qiymətləndirici mütəxəssisidir.

Səbinə Süleymanova - 2015-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat və sənaye fakültəsinin İqtisadiyyat ixtisasına  qəbul olub. 2019-cu ildə bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirib, təhsilini davam etdirərək magistratura pilləsinə qəbul olub. Hal-hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin Bələdiyyə menecmenti ixtisasında təhsil alır və “VECON” Qiymətləndirmə şirkətinin mütəxəssisidir.

VECON” kollektivinin qiymətləndirmə sahəsində mühüm bilikləri və illərə dayanan peşəkar qiymətləndirici,  inşaatçı təcrübəsi var.

Qiymətləndirmə prosesində önəmli məsələlərdən biri də sözügedən xidmətin keyfiyyətli şəkildə Sifarişçiyə təqdim edilməsidir. Şirkətimiz gördüyü işin keyfiyyətini malik olduğu mütəxəssislərin səviyyəsində və son nəticə olaraq ortaya çıxan qiymətləndirmə hesabatının müasir tələblərə uyğun olmasında görür. Hal-hazırda  Şirkətin beynəlxalq və yerli səviyyəli sertifikata malik mütəxəssisləri, qiymətləndirmə sahəsində təcrübəsi olan şəxslərlə əməkdaşlıq təcrübəsi və yüksək professional qabiliyyətə malik gənc kadrları mövcuddur.

Şirkətin mütəxəssisləri bir şox kredit təşkilatları və dövlət orqanları üçün qiymətləndirmə işini həyata keçirmişdir.

“VECON” qiymətləndirmə şirkətinin bölgələr üzrə nümayəndəlikləri bütün Azərbaycanı əhatə edir:

  1. ŞİMAL-ŞƏRQ BÖLGƏSİ (1) - XAÇMAZ, QUBA, QUSAR (mərkəz – Quba şəhəri);
  2. ŞİMAL-ŞƏRQ BÖLGƏSİ (1) - XIZI, SİYƏZƏN, ŞABRAN (mərkəz – Siyəzən şəhəri);
  3. CƏNUB BÖLGƏSİ - CƏLİLABAD, MASALLI, YARDIMLI, LƏNKƏRAN, ASTARA, LERİK (mərkəz Masallı şəhəri);
  4. QƏRB BÖLGƏSİ - GORANBOY, GƏNCƏ,GÖYGÖL, SAMUX, DAŞKƏSƏN, ŞƏMKİR, GƏDƏBƏY, TOVUZ, AĞSTAFA, QAZAX (mərkəz – Gəncə şəhəri);
  5. ZAQATALA BÖLGƏSİ - OĞUZ, QAX, ZAQATALA, BALAKƏN;
  6. ŞƏKİ BÖLGƏSİ – ŞƏKİ RAYONU;
  7. ŞİRVAN BÖLGƏSİ - QOBUSTAN, ŞAMAXI, İSMAYILLI, QƏBƏLƏ, AĞSU, GÖYÇAY (mərkəz – İsmayıllı şəhəri);
  8. MƏRKƏZİ ARAN BÖLGƏSİ - HACIQABUL, ŞİRVAN, SAATLI, SABİRABAD, İMİŞLİ, KÜRDƏMİR, ZƏRDAB, UCAR, SALYAN, NEFTÇALA, BİLƏSUVAR (mərkəz – Şirvan şəhəri);
  9. QARABAĞ BÖLGƏSİ - BEYLƏQAN, FÜZULİ, AĞCABƏDİ, AĞDAM (mərkəz - Füzuli şəhəri);
  10. ARAN BÖLGƏSİ - TƏRTƏR, BƏRDƏ, YEVLAX, AĞDAŞ, MİNGƏCEVİR (mərkəz – Mingəçevir şəhəri).
  11. Naxçıvan Muxtar Respublikası – Naxçıvan MR (mərkəz Naxçıvan şəhəri) formalaşdıran 7 rayonu əhatə edir.

“VECON” qiymətləndirmə şirkəti tanınmış JSC “International Valuation Centre” qiymətləndirmə şirkətinin partnyorudur. Şirkətimiz Maliyyə Bazarlarına Nəzarət Palatasının, həmçinin  Aqrar Kredit və İnkişaf Agentliyinin müvəkkil təşkilatıdır. 2019-cu ilin oktyabr ayından Azərbaycan Respublikası Kredit Zəmanəti və İpoteka Fondunun müvəkkil qiymətləndirmə şirkətləri siyahısına daxil edilmişdir.

Mütəxəssislərimizin Azərbaycan Beynəlxalq Bankı, Paşa Bank, Kapitalbank, Atabank, Nikoilbank, Azər Türk Bank,  Access Bank, Bank of Baku, Bank Respublika,  Bank Avrasiya, Aqrarkredit Bank olmayan Kredit Təşkilatı, Unibank, Silk-Vey (Premium Bank), Qafqazlizing MMC, Dövlət Avtomobil Nəqliyyat Xidməti və digərləri ilə əməkdaşlıq təcrübəsi mövcuddur.

Komandamız

Vüqar Əlövsət oğlu Oruc

Vüqar Əlövsət oğlu Oruc

"VECON" Qiymətləndirmə şirkətinin təsisçisi, direktoru, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müavini
İradə Şükürova Abdul qızı

İradə Şükürova Abdul qızı

"VECON" Qiymətləndirmə şirkətinin direktor müavini
Tural İsa oğlu Bağırov

Tural İsa oğlu Bağırov

"VECON" Qiymətləndirmə şirkətinin baş mütəxəssisi, ofis meneceri
Kəmalə Məmmədağa qızı İsmayılova

Kəmalə Məmmədağa qızı İsmayılova

"VECON" Qiymətləndirmə şirkətinin aparıcı mütəxəssisi
Nigar Oqtay qızı Kərimova

Nigar Oqtay qızı Kərimova

"VECON" Qiymətləndirmə şirkətinin məlumat bazasının idarə edilməsi departamentinin rəhbəri
Ismayıl Elman oğlu Orucov

Ismayıl Elman oğlu Orucov

"VECON" Qiymətləndirmə şirkətinin mütəxəssisi